2026-cı il sentyabrın 3-də Azərbaycan Qızıl Aypara Cəmiyyətinin prezidenti, Milli Məclisin deputatı Novruz Aslanov İsmayıllı şəhərində növbəti dəfə vətəndaşları qəbul edib. Görüş rayonun Kəlbənd və Yenikənd kəndlərində keçirilib. Həmçinin yaxınlıqda yerləşən Girk kəndinin sakinləri də görüşdə iştirak ediblər. Millət vəkili qəbul zamanı sakinlər tərəfindən qaldırılan sosial yönümlü məsələləri və şəxsi müraciətləri qeydə alaraq onların həlli məqsədilə müvafiq addımların atılacağını bildirib.