AzQAC-n Sağlamlıq və qayğı şöbəsi tərəfindən müntəzəm olaraq “Sağlam yaşlanma” ya dair sil-silə tədbirlər həyata keçirilir. 2026-cı il sentyabrın 5-də AzQAC Sağlamlıq və qayğı şöbəsinin (könüllü sağlamlıq işçilərinin cəlb olunması ilə) təşkilatçılığı ilə Günəş Psixoloji Sağlamlıq Mərkəzi” və “Valideyn Məktəbi“ təşkilatların dəstəyi ilə “Sağlam yaşlanma: Nəvələrlə birgə” adlı nöbvəti tibbi-humanitar aksiya keçirildi.
Aksiyanın məqsədi ahıl insanlar və uşaqların sağlamlığının qorunması naminə tibbi müayinənin təmin edilməsidir. Yaşlıların - nənələrin sağlamlıq durumunun qiymətləndirilməsi məqsədi ilə tədbirə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Bakı Herontoloji Mərkəzin həkim herontoloq və tibb bacısı cəlb olunublar. Onlar ahıl yaşlıların qan təzyiqini ölçülmə, sağlamlıqla bağlı olan narahatsızlıqıar dair məlumatları dinləyib, uyğun tövsiyyələrini çatdırıblar. Uşaqlar (nəvələr) isə AzQAC-n könüllü sağlamlıq işçiləri- pediatrlar tərəfindən müayinə olunublar. Müayinələrə bədən quruluşu, dəri, ağız boşluğu, dişlər, qulaq və gözlərin müayinəsi daxil idi.
Cəlb olunan ahıllara, nəvələrə, eləcə də hər bir
ailəyə “Huggies” və “Friso” uşaq və qadınlar üçün gigiyenik məhsullar şirkətlərinin
hədiyyələri təqdim olunubdur. Həmçinin iştirakçılarla ÜST-n Sağlamlıq sorğusu
PHQ-9 keçirilib.
Tədbirdə 25 nəfər iştirak edib.