Bilik Günü münasibətilə tədbir keçirildi

Əsas səhifə / XƏBƏRLƏR / Bilik Günü münasibətilə tədbir keçirildi

2026-cı il sentyabrın 12-də Azərbaycan Qızıl Aypara Cəmiyyətinin Nizami rayon bölməsi tərəfindən ‘’Bilik Günü’’ münasibətilə aztəminatlı və ehtiyaclı ailələrin məktəbli övladlarına dəstək məqsədilə tədbir keçirilib.

Tədbir zamanı məktəbli uşaqlara məktəb geyimləri, məktəb çantaları və zəruri məktəb ləvazimatları təqdim olunub. Tədbirdə Bakı Regional Mərkəzinin koordinatoru Rəna İbrahimova iştirak edərək uşaqları salamlayıb, onları ‘’Bilik Günü’’ münasibətilə təbrik edib və yeni tədris ilində uğurlar arzulayıb. O, həmçinin, göstərilən maddi dəstəyə görə ATB Banka təşəkkürünü bildirib.

Tədbirdən sonra ehtiyacı olan ailələrə dəstəyi birbaşa onların ünvanlarında çatdırmaq məqsədilə 8 ailənin evinə ziyarət həyata keçirilib. Ailələrlə görüş keçirilərək məktəbli uşaqlar üçün hazırlanmış məktəb geyimləri, çantalar və ləvazimatlar 30 uşağa evlərində şəxsən təqdim olunub.

Çıxışlarda xeyirxah təşəbbüsün həyata keçirilməsinə göstərdiyi maddi dəstəyə görə ATB Banka minnətdarlıq ifadə olunub. Göstərilən dəstək uşaqların yeni dərs ilinə daha hazırlıqlı və sevinclə başlamasına mühüm töhfə verib.

Azərbaycan Qızıl Aypara Cəmiyyəti bütün məktəblilərə yeni tədris ilində uğurlar, yüksək nəticələr və bol nailiyyətlər arzulayır.