“İlk Yardım və Miqrasiya kontekstində”adlı tədbir keçirilib

Əsas səhifə / XƏBƏRLƏR / “İlk Yardım və Miqrasiya kontekstində”adlı tədbir keçirilib

2026-cı il sentyabrın 12-də Azərbaycan Qızıl Aypara Cəmiyyətinin (AzQAC) Sumqayıt şəhər bölməsinin və 1 saylı Asan xidmətin birgə təşkilatçılığı ilə həmin xidmətin mərkəzində “Ümumdünya İlk Yardım Günü” münasibətilə tədbir keçirilib.
 

Keçirilməsi artıq ənənəyə çevrilmiş bu tədbir hər il sentyabr ayının ikinci şənbə günü qeyd olunur.
 
Tədbirdə Azərbaycan Qızıl Aypara Cəmiyyətinin İcracı katibinin müavinləri Səbinə Məhbubi İran və Elşən Səlimzadə aypara və asan könüllüləri iştirak edib. Tədbiri 1 saylı Asan Xidmətin rəhbəri Kəmalə Rəhimova və AzQAC Sumqayıt Regional Mərkəzinin koordinatoru Mətanət Məhərrəmova açaraq qonaqları salamladı və ‘’Ümumdünya İlk Yardım Günü’’ haqqında məlumat veriblər.
 
Bu əlamətdar gün 2000-ci ildə Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətləri Federasiyası (IFRC) tərəfindən ilk yardımın həyat qurtaran bacarıqları haqqında məlumatlılığı artırmaq məqsədilə təsis olunmuşdur. AzQAC bu günlə bağlı maariflənidrmə işlərinə və əhaliyə İlk Yardım üzrə informasiya materialların paylanılması, mərkəzi yerlərdə İlk Yardım vərdişlərinin, o cümlədən, ürəyin dolayı masajının nümayiş olunması,uşaqlarda boğulmalar,Şəxsi təhlükəsizlik,huşsuz nəfəs alan,sınıqlar və digər mövzular aiddir.
 
Bu il ‘’Ümumdünya İlk Yardım Günü’’ 12 Sentyabr 2026-ci il şənbə günü “İlk Yardım və Miqrasiya konteksti” devizi ilə keçirilir.
 
Daha sonra çıxış edən AzQAC-n İcracı katibinin müavinə,Sağlamlıq şöbəsinin müdiri Səbinə Məhbubi İran ilk yardım sahəsinə marağı və bu günün əhəmiyyətini vurğulayaraq bu istiqamətdə biliklərin artırılması üçün tədbirlərin kecirilməsinin vacibliyini vurğulayaraq bu yönümlü maarifləndirici tədbirlərin davamlı olmasının vacibliyini qeyd etdi.
 
Fövqəladə Mobil Dəstənin üzvləri Lalə Cəlilzadə,Vəfa Zərbəliyeva,Nurlan Quliyev,Şəhla İbrahimova uşaqlarda boğulma halları, şəxsi təhlükəsizlik, huşsuz nəfəs alan şəxsin vəziyyətinin bərpası, sınıqlar kimi mövzular üzrə səhnələşdirilmiş praktiki və izahlı çıxışlarla iştirakçılara faydalı məlumatlar təqdim etdilər.
 
İştirakcılara İlk Yardım kitabçaları paylanıldı.