2026-cı il sentyabrın 17-də Azərbaycan Qızıl Aypara Cəmiyyətinin prezidenti, Milli Məclisin deputatı Novruz Aslanov İsmayıllı şəhərində növbəti dəfə vətəndaşları qəbul edib.
Görüş rayonun Uştalqışlaq kəndində keçirilib. Millət vəkili qəbul zamanı sakinlər tərəfindən qaldırılan
sosial yönümlü məsələləri və şəxsi müraciətləri qeydə alaraq onların həlli məqsədilə
müvafiq addımların atılacağını bildirib.
Günün ikinci yarısında millət vəkili rayonun Qubaxəlilli
kəndində olub. Burada Novruzəli Aslanov şəhidimiz Kənan Səlimzadənin anası
Firuzə xanımın vəfatı ilə əlaqədar şəhid ailəsini ziyarət edib, onlara baş
saglığı verib.