2026-cı il sentyabrın 18-də Azərbaycan Qızıl Aypara Cəmiyyətinin baş
ofisində miqrant ailələrə ‘’Ümumdunya İlk
Yardım Günü’’nə həsr olunmuş tədbir keçirilib.
Tədbir AzQAC-ın vitse-prezidenti Qafar
Əsgərzadənin çıxışı ilə başlanıb. O, 2026-cı ilin “İlk yardım miqrasiya
kontekstində” mövzusunun seçilməsinin əsas səbəbləri barəsində məlumat verib.
Miqrantların uzunmüddətli yol qetetmələri, travma, qida çatışmazlığı,
temperatur təsirləri, yoluxucu xəstəliklər, eləcə də doğma yurdu itirmə,
qeyri-müəyyənlik və psixoloji stress kimi risklərlə üzləşə biləcəyi vurğulanıb.
Bu baxımdan, dil baryeri, hüquqi statusla bağlı narahatlıqlar və tibbi xidmətlərə
çıxışın məhdudluğu kimi amillərin ilk yardımın göstərilməsini çətinləşdirə
bildiyi qeyd olunub. Miqrantlara belə vəziyyətlərdə fiziki və psixoloji ilk
yardımın göstərilməsi, insanların müvafiq tibbi xidmətlərə yönləndirilməsi və
ilk yardım bacarıqlarının icma səviyyəsində təşviqinin əhəmiyyəti barədə vacib
biliklər verilib.
Tədbir interaktiv və praktiki müstəviyədə
keçirib. Peşəkar təlimçilərin rəhbərliyi ilə müxtəlif tibbi hallarda ilk
yardımın göstərilməsinə dair məşğələlər təşkil edilib. Xüsusilə güclü
qanaxmalar zamanı qanitirmenin qarşısının alınması, əzələ və sümük sınıqları
(travmalar) zamanı zərərçəkənə ilkin müdaxilə və digər kritik tibbi vəziyyətlərdə
düzgün hərəkət etmə qaydaları praktiki şəkildə nümayiş etdirilib, miqrantlara
bu bacarıqlar əyani şans tanınaraq öyrədilib.
Tədbirin sonunda bütün iştirakçılara İlk Yardım broşurları paylanıldı. Onlar, tədbirin
yüksək səviyyədə təşkil olunmasına görə təşkilatçılara və Azərbaycan Qızıl
Aypara Cəmiyyətinin nümayəndələrinə dərin minnətdarlıqlarını bildiriblər. Onlar
bu cür mühüm və həyati əhəmiyyət daşıyan maarifləndirici tədbirlərin gələcəkdə
də davam etdiriləcəyinə və bu ənənənin davamlı olacağına böyük ümid bəslədiklərini
vurğulayıblar.