Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətlərinin liderləri və nümayəndələrinin görüşü

Əsas səhifə / XƏBƏRLƏR / Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətlərinin liderləri və nümayəndələrinin görüşü
 Meeting of leaders and representatives of the Red Cross and Red Crescent Societies.

2026-cı il 22-24 sentyabr tarixlərində Sankt-Peterburq şəhərində MDB ölkələrinin Parlamentlərarası Assambleyasının baş qərargahınin yerləşdiyi binada (Tavr Sarayında) Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətlərinin liderləri və nümayəndələrinin iştirakı ilə görüş keçirilmişdir.
 
Azərbaycan Qızıl Aypara Cəmiyyətini (AzQAC) bu əhəmiyyətli tədbirdə təşkilatın vitse-prezidenti Qafar Əsgərzadə, idarə rəisi- vitse-prezident Əziz Qocayev təmsil etmişdir. Konfransın birinci günü ‘’Milli Cəmiyyətlər haqqında Qanun -Qızıl Xaç və Qızıl Aypara mövqeləndirmə və institusional dayanıqlılıq sahəsində təcrübə’’ mövzusunda AzQAC-ın vitse-prezidenti Qafar Əsgərzadə çıxış etmişdir.


Konfransın proqramı zəngin olmuş və keçirildiyi günlər ərzində əsas mövzuları ardıcıl şəkildə əhatə etmişdir. Birinci gün iş Qızıl Xaç və Qızıl Aypara Milli Cəmiyyətləri haqqında qanuna, onların mövqeləndirilməsi və institusional davamlılığı təcrübəsinə həsr olunmuş birinci sessiya ilə başlamışdır. Bundan sonra iştirakçılar milli cəmiyyətlərin köməkçi roluna və dövlət hakimiyyəti orqanları ilə qarşılıqlı əlaqə mexanizmlərinə toxunan ikinci sessiyaya keçid etmişlər.


Birinci günün işçi bloku Nümayəndələr Şurasının Qətnamələrinə dair mövqelərin müzakirəsinə həsr olunmuş üçüncü sessiya ilə başa çatmışdır.
Növbəti günlərdə işgüzar proqram təşkilatların inkişafının praktiki aspektlərinə, maliyyə müstəqilliyinə və böhranlara reaksiya verilməsinə yönəldilmişdir. Xüsusilə, Belarus, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan və Rusiyanın nümayəndələrinin institusional davamlılığa və inkişafa, Fövqəladə Hallara reaksiya üzrə dayanıqlı sistemin formalaşdırılmasına dair milli cəmiyyətlərin baxışının müzakirəsinə, həmçinin maliyyə davamlılığına, tərəfdaşlarla işə və gəlir gətirən fəaliyyət çərçivəsində alətlərin tətbiqinə həsr olunmuş sessiyalar baş tutmuşdur.
 
Tədbirin sonunda MDB iştirakçısı olan dövlətlərin Qızıl Xaç və Qızıl Aypara Milli Cəmiyyətləri arasında qarşılıqlı anlaşma və əməkdaşlıq haqqında Qətnamənin qəbul edilmişdir.