Anım Günü

Əsas səhifə / XƏBƏRLƏR / Anım Günü

27 sentyabr – Anım Günündə Azərbaycan Qızıl Aypara Cəmiyyətinin rəhbərliyi və əməkdaşları Zəfər Parkını ziyarət ediblər. Cəmiyyətin heyəti memorial abidənin önünə gül dəstələri düzərək Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda qəhrəmancasına şəhid olmuş Vətən övladlarının xatirəsini ehtiramla yad ediblər.

Bu gün xalqımız Vətənin azadlığı və bütövlüyü uğrunda şəhidlik zirvəsinə ucalmış əsgər və zabitlərimizin xatirəsini dərin hörmət, minnətdarlıq və qürur hissi ilə anır.