28 sentyabr 2026-cı il tarixində
*SAFER-AZ layihəsi* çərçivəsində icma səviyyəli fasilitatorlar üçün “İcma
Əsaslı Fəlakət Risklərinin İdarə Olunması” (CBDRM) üzrə təlimçilərin təliminə
başlanılıb. Beş gün davam edəcək təlimin əsas məqsədi gələcəkdə icmalar səviyyəsində
təlimlər keçirə biləcək və onların fövqəladə hallara hazırlığının gücləndirilməsinə
töhfə verəcək mütəxəssislərin hazırlanmasıdır.
Təlim çərçivəsində iştirakçılara təhlükələrin,
həssaslığın və icmaların potensialının qiymətləndirilməsi, risklərin və
resursların xəritələndirilməsi, erkən xəbərdarlıq və kommunikasiya, ailə və
icma səviyyəsində fövqəladə hallar planlarının hazırlanması istiqamətində bilik
və praktiki bacarıqlar aşılanır. Proqram qrup işləri, praktiki tapşırıqlar,
simulyasiyalar və iştirakçıların özlərinin keçirdiyi mini-təlimləri də əhatə
edir.