SAFER-AZ layihəsinin çərçivəsində təlimlərə start verilib

Əsas səhifə / XƏBƏRLƏR / SAFER-AZ layihəsinin çərçivəsində təlimlərə start verilib
 “The SAFER-AZ” project has been launched

28 sentyabr 2026-cı il tarixində *SAFER-AZ layihəsi* çərçivəsində icma səviyyəli fasilitatorlar üçün “İcma Əsaslı Fəlakət Risklərinin İdarə Olunması” (CBDRM) üzrə təlimçilərin təliminə başlanılıb. Beş gün davam edəcək təlimin əsas məqsədi gələcəkdə icmalar səviyyəsində təlimlər keçirə biləcək və onların fövqəladə hallara hazırlığının gücləndirilməsinə töhfə verəcək mütəxəssislərin hazırlanmasıdır.
 
Təlim çərçivəsində iştirakçılara təhlükələrin, həssaslığın və icmaların potensialının qiymətləndirilməsi, risklərin və resursların xəritələndirilməsi, erkən xəbərdarlıq və kommunikasiya, ailə və icma səviyyəsində fövqəladə hallar planlarının hazırlanması istiqamətində bilik və praktiki bacarıqlar aşılanır. Proqram qrup işləri, praktiki tapşırıqlar, simulyasiyalar və iştirakçıların özlərinin keçirdiyi mini-təlimləri də əhatə edir.