2026-cı il
sentyabrın 25-də Azərbaycan Qızıl Aypara Cəmiyyəti Sumqayıt Regional Mərkəzi və
2 saylı Asan Xidmətin birgə təşkilatcılığı ilə ‘’Ümumdünya Sumqayıt
Bulvar ərazisində İlk Yardım Günü’’nün şüarı; "Miqrasiya Kontekstində
Ləyaqət və İnklüzivlik Naminə” adlı tədbir baş tutdu.
Tədbirdə FMKD-nin
üzvləri Miqrant ailəsinə səhnələşdirilmiş İlk Yardım və psixoloji dəstəyi
nümayiş etdirdi. İştirakçılara İlk yardımla bağlı müxtəlif mövzularda praktiki
məşğələləri təqdim ediblər.
Cəmiyyətin könüllüsü
Hüseyin Səlimovun rəqs qrupu tədbirə rəng qataraq, Ürəyin dolayı masajı
mövzusunda Fleşmob təqdim ediblər.
Tədbirdə Azərbaycan AzQAC Baş idarəsinin rəhbər heyəti, BQXQAF Azərbaycan nümayəndəliyinin rəhbəri, FHN Sumqayıt Regional Mərkəzinin əməkdaşları, Sumqayıt Tibb Mərkəzinin direktor əvəzi, Abşeron-Xızı Regional Gənclər və İdman Baş İdarəsinin rəhbərliyi və könüllüləri, Peşə Təhsil Mərkəzinin rəhbərləri və AzQAC Sumqayıt Regional Mərkəzin koordinatoru və könüllüləri tədbirdə iştirak edirdilər.