Beynəlxalq Ahıllar Günü

Əsas səhifə / XƏBƏRLƏR / Beynəlxalq Ahıllar Günü

1 Oktyabr — Beynəlxalq Ahıllar Günü bütün dünyada olduğu kimi, Azərbaycanda da hər il qürur və diqqətlə qeyd olunur. Bu əlamətdar gün münasibətilə Azərbaycan Qızıl Aypara Cəmiyyətinin Nizami rayon bölməsi tərəfindən bir qrup ahıl və kimsəsiz qocaya ərzaq yardımları paylanılıb.


Tədbirdə çıxış edən Azərbaycan Qızıl Aypara Cəmiyyəti Bakı Regional Mərkəzinin koordinatoru Rəna İbrahimova ahılları təbrik edərək onlara möhkəm cansağlığı, uzun ömür və firavan həyat arzulayıb. Ehtiyacı olan şəxslərə ərzaq bağlamalarının təqdim olunduğu bu tədbir onların sosial rifahına dəstək olmaqla yanaşı, yaşlı insanlara göstərilən diqqət və qayğının bariz nümunəsidir.


Ahıllarımız hər zaman diqqət və qayğımıza layiqdir!