1 oktyabr – Beynəlxalq Ahıllar Günü
münasibətilə Qızıl Aypara Cəmiyyətinin Pirallahı rayon bölməsi və Pirallahı Gənclər
evinin birgə təşkilatçılığı ilə Pirallahı rayonunda ahıllara ziyarət təşkil
olunub.
Ziyarətdə Qızıl Aypara Cəmiyyətinin
Pirallahı rayon bölməsinin sədri Təranə İskəndərova, Pirallahı Gənclər evinin
direktoru Arzu Qarazadə, əməkdaşlar və könüllülər iştirak ediblər.
Ziyarət zamanı ahıllarla səmimi söhbətlər
aparılıb, onların qayğıları ilə maraqlanılıb və Beynəlxalq Ahıllar Günü münasibətilə
onlara sovqatlar təqdim olunub.
Görüş zamanı ahıllara diqqət və qayğının
göstərilməsinin, onların daim diqqətdə saxlanılmasının vacibliyi vurğulanıb.