Özbəkistanın paytaxtı Daşkənd şəhərində Milli Cəmiyyətlərin Təşkilati
Potensialının Qiymətləndirilməsi (OCA(C) üzrə mühüm üçgünlük seminar öz işini
başlayaraq uğurla yekunlaşdırılmışdır.
2026-cı il 29 sentyabr – 1 oktyabr tarixlərini əhatə edən tədbir, Kanada Qırmızı Xaç Cəmiyyətinin
maliyyə dəstəyi ilə Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətləri Federasiyası
(IFRC) tərəfindən təşkil olunmuşdur. Tədbirə ev
sahibliyi edən tərəf və baş iştirakçı Özbəkistan Qızıl Aypara Cəmiyyətidir
(ÖQAC).
OCA(C) seminarı — IFRC-nin
kompleks aləti olduğundan əsasə məqsəd, Milli Cəmiyyətlərin daxili strukturunun,
resurslarının, nizamnamə və operativ fəaliyyətinin, habelə növbəti 3-5 il
üçün strateji baxışının dərindən təhlil edilməsinə yönəlmişdir.
Məhz bu məqam
seminarın aparıcı beynəlxalq fasilitatorları tərəfindən xüsusilə
vurğulanmışdır: Azərbaycan Qızıl Aypara Cəmiyyətinin İcraçı katibinin
müavini Səbinə Məhsubi-İran, Beynəlxalq Federasiyanın Qazaxıstandakı
Nümayəndəliyinin Milli Cəmiyyətin Təşkilati İnkişafı üzrə rəhbəri Olesya
Juravlyova və Beynəlxalq Federasiyanın Qazaxıstandakı Nümayəndəliyinin
Maliyyə və İnzibati Məsələlər üzrə koordinatoru Svetlana Pak, seminarın
əvvəlində fasilitatorlarla keçirilən təlimin proqramını təqdim edərək, prosesin
əsas istiqamətlərini və iştirakçılardan olan gözləntiləri qeyd etmişdirlər.
Tədbirin elə ilk
günündən etibarən ÖQAC-ın bütün strukturları tərəfindən maksimum maraq, yüksək
fəallıq və həmrəyliy nümayiş olunmuşdur. Seminarın işində təşkilatın ali
rəhbərliyi — Sədr Zafardjon Raxmanov və Baş Katib Sevara Raximova
iştirak etmişdirlər. Onlar açılış nitqləri və ekspert təqdimatları ilə bütün
sessiya üçün yüksək işgüzar temp və motivasiyaedici abu-hava yaratmışlar.
Seminarın
rəngarəngliyinə və inklüzivliyinə xüsusi dəyər qatan məqam o idi ki, müzakirə
masası ətrafında baş qərargahın əsas departament rəhbərləri, respublikanın
bütün regional və vilayət mərkəzlərinin direktorları, həmçinin təşkilatın aktiv
könüllüləri toplanmışdır. Bu cür genişmiqyaslı heyət həm mərkəzi aparatın, həm
də yerlərdə birbaşa həssas əhali qrupları ilə gündəlik fəaliyyət göstərən
şəxslərin rəylərini nəzərə almağa imkan vermişdir.
Seminarın proqramı
interaktiv qarşılıqlı əlaqə və praktiki sessiyalar üzərində qurulmuşdur.
Fasilitatorların rəhbərliyi altında iştirakçılar mərhələli şəkildə Qızıl Ayparanı
təqdim edən əsas məqamlar, Milli Cəmiyyətin fəaliyyət əsasları, maliyyə
idarəetməsi imkanları və hazırlıq göstəricilərinin təhlili kimi fundamental
mövzuları nəzərdən keçirmişlər.
Metodologiyanın ən
mühüm və dinamik elementi isə qrup işləri olmuşdur. Çoxfunksiyalı kiçik
qruplara bölünən iştirakçılar, Özbəkistan kontekstində ehtimal olunan
problemlərin təhlili və növbəti 3-5 il ərzində gələcək vəziyyətin
inkişaf ssenarilərinin modelləşdirilməsi üzrə genişmiqyaslı beyin fırtınası
həyata keçirmişlər. Komandaların diqqət mərkəzində müasir dövrün 3 ən aktual
çağırışı yer almışdır:
1. İqlim böhranı: su resurslarının çatışmazlığı
və bunun əhalinin sağlamlığına təsiri.
2.
Demoqrafik artım və
sürətli urbanizasiya prosesləri.
3.
Səhiyyə sahəsindəki
problemlər: ən aktual xəstəliklər.
Qrup müzakirələri zamanı regional liderlər və
könüllülər müstəsna fəallıq göstərərək, riskləri geniş şəkildə təhlil etmiş,
inkişaf və operativ reaksiya üzrə strateji planlar üçün konkret təkliflər
formalaşdırmışlar. İştirakçılar humanitar yardım proqramlarının necə
təkmilləşdirilməsi, dövlət qurumları və tərəfdaşlarla necə effektiv qarşılıqlı
əlaqə qurulması, habelə böyük şəhərlərdə və regionlarda Milli Cəmiyyətin və
gənclərin potensialından necə səmərəli istifadə edilməsi yollarını aramışlar.
Hər bir qrupun işinin nəticələri açıq müzakirə üçün ümumi plenar iclasa
çıxarılmış və burada iştirakçılar gələcəyə dair ümumi baxışı daha da
tamamlayaraq razılaşdırmışlar.
Seminar oktyabrın 1-də əsas təşkilati və
strateji prioritetlərin müəyyənləşdirilməsi, həmçinin dərhal və mərhələli
şəkildə müdaxilə tələb edən sahələrin təqdimatı ilə öz işini yekunlaşdırmışdır.
Rəhbərliyin, regional bölmələrin və könüllülərin
bu tədbirdəki yüksək birgə fəaliyyəti sübut etdi ki, Özbəkistan Qızıl Aypara
Cəmiyyəti müasir çağırışlara sadəcə uyğunlaşmır, həm də dövlətin və cəmiyyətin
etibarlı humanitar tərəfdaşı olaraq öz gələcək strategiyasını proaktiv şəkildə
qurur.
Seminar, Beynəlxalq Federasiyanın təşkilati
inkişaf sahəsində effektiv bir mexanizmi qismində çıxış edərək, Milli
Cəmiyyətlər arasında əməkdaşlığın gücləndirilməsinə və təcrübə mübadiləsinə
töhfə vermişdir. Fəaliyyət, Türk Dövlətləri Təşkilatına (TDT) daxil olan
ölkələrin — Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkiyə və Özbəkistanın Qızıl
Aypara Cəmiyyətlərinin "Qırmızı Şəbəkə" rəsmi konsepsiyası
çərçivəsində qurulmuşdur. Bu tədbir, 2025-ci il Bakı Bəyannaməsinin və
orada nəzərdə tutulan qarşılıqlı əməkdaşlıq və strateji tərəfdaşlıq
addımlarının dərinləşdirilməsinin praktiki təzahürünə çevrilmişdir.
Seminar qarşılıqlı təşəkkür ifadələri ilə başa
çatmışdır. ÖQAC rəhbərliyi və iştirakçıları beynəlxalq ekspertlərə
göstərdikləri hərtərəfli dəstəyə və yüksək peşəkarlıqla apardıqları
fasilitasiyaya görə dərin minnətdarlıqlarını bildirmişlər. Qeyd olunmuşdur ki,
bu yanaşma Milli Cəmiyyətə mövcud vəziyyəti ətraflı təhlil etmək, daxili
tələbatları dəqiq müəyyənləşdirmək və gələcək strateji, təşkilati və operativ
fəaliyyət planını formalaşdırmaq imkanı vermişdir. Öz növbəsində,
fasilitatorlar da ÖQAC komandasına iş prosesində göstərdikləri yüksək fəallıq,
açıqlıq və məhsuldar iştiraka görə təşəkkür etmişlər.