SAFER-AZ layihəsi çərçivəsində Xəzri Oteldə keçirilən İcma Səviyyəli Fasilitatorlar üçün İcma Əsaslı Fəlakət Risklərinin İdarə Olunması (CBDRM) üzrə təlimçilərin təlimi uğurla başa çatdı. 28 sentyabr - 2 oktyabr 2026-cı il tarixlərini əhatə edən intensiv proqram çərçivəsində iştirakçılar fəlakət risklərinin idarə edilməsi sahəsində hərtərəfli nəzəri və praktiki biliklərə yiyələndilər.
Təlimin ilk günü rəsmi açılış, tanışlıq, SAFER-AZ layihəsinin məqsədləri, Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Hərəkatı, həmçinin böyüklərin təhsili prinsipi (andoqogika) və ölkəmizin təhlükə konteksti (PMP/mina, KBRN) ilə başladı.
İkinci gün EVCA (Təhlükə, Həssaslıq və Potensialın Qiymətləndirilməsi) metodologiyasına, məlumat toplama üsullarına və spesifik risklərin qrup şəklində analiz edilməsinə həsr olundu.
Üçüncü gün iştirakçılar xəritələşdirmə alətləri, maraqlı tərəflərin analizi, erkən xəbərdarlıq və kommunikasiya kanalları üzrə tapşırıqları yerinə yetirdilər.
Dördüncü gün risklərin ehtimal/təsir matrisi əsasında prioritetləşdirilməsinə, Ailənin və İcmanın Fövqəladə Hallar Planlarının (FEP və CEP) hazırlanmasına yönəldildi.
Nəhayət, beşinci gün cütlüklər şəklində mikro-tədris sessiyaları keçirildi, mini-simulyasiyalar və fəaliyyətdən sonra baxış (AAR) həyata keçirildi, eləcə də regionlarda tətbiqinin planlaşdırılması müzakirə olundu.
Yekun qiymətləndirmə, hesabat və bağlanış mərasimi ilə başa çatan bu təlim icmalarda risklərin idarə olunması və hazırlıq tədbirlərinin gücləndirilməsi istiqamətində mühüm addım oldu.