2026-cı il oktyabrın 2-də Cəbrayıl rayonunun Şükürbəyli kəndində yerləşən tibbi məntəqənin həyətində və ətrafındakı yollarda genişmiqyaslı təmizlik və abadlıq işləri aparılıb. Bu aksiyanı Azərbaycan Qızıl Aypara Cəmiyyətinin könüllüləri həyata keçirib.
Könüllülər tərəfindən ərazi səliqəyə
salınıb, yığılmış quru ot, alaq və tullantılar təmizlənərək daşınıb. Beləliklə,
tibbi məntəqənin ərazisi abadlaşdırılıb.