2026-cı il oktyabrın 8-də Azərbaycan Qızıl Aypara Cəmiyyətinin prezidenti, Milli Məclisin deputatı Novruz Aslanov İsmayıllı şəhərində növbəti dəfə vətəndaşları qəbul edib.
Millət vəkili bu dəfə vətəndaşları rayonun 3 kəndində qəbul edib. Birinci görüş Qalacıq kəndində keçirilib. Daha sonra N.Aslanov rayonun İstisu və Sumağallı kəndlərində vətəndaşları qəbul edib. Hər üç qəbulun gedişində vətəndaşları narahat edən sosial yönümlü məsələlər və şəxsi müraciətlər müzakirə edilib.
Millət vəkili qəbul zamanı sakinlər tərəfindən qaldırılan sosial yönümlü məsələləri və şəxsi müraciətləri qeydə alaraq onların həlli məqsədilə müvafiq addımların atılacağını bildirib.