2026-cı il oktyabrın 9-da Azərbaycan QAC-la əməkdaşlıq çərçivəsində Bərdə rayonundan gələn həkim briqadası Şükürbəyli tibb məntəqəsində sakinlərin tibbi müayinəsini həyata keçirib. Gün ərzində bir neçə saat davam edən qəbul zamanı kardioloq, ginekoloq, nevroloq, cərrah və USM mütəxəssisi tərəfindən sakinlərə pulsuz tibbi xidmət göstərilib.
Əhalinin sağlamlığının qorunması, humanitar yardımın göstərilməsi, xəstəliklərin qarşısının alınması və sağlam həyat tərzinin təbliği sahəsində mühüm fəaliyyət göstərən Azərbaycan Qızıl Aypara Cəmiyyətinin könüllüləri də tədbirdə fəal iştirak edərək sakinlərə dəstək göstəriblər.
Bu təşəbbüsün məqsədi əhalinin tibbi xidmətlərə çıxışını asanlaşdırmaq və ehtiyacı olan insanlara yardım göstərmək olub.