Azərbaycan Qızıl Aypara Cəmiyyətinin (AzQAC) seçilmiş İlk Yardım təlimçiləri üçün 12-16 oktyabr tarixlərində keçiriləcək beş günlük təkmilləşdirmə təliminə start verilib. Tədbir “Azərbaycan SAFER (Daha Təhlükəsiz icmalar): Proqnozlaşdırma, Erkən Fəaliyyət və Dayanıqlığın Gücləndirilməsi” (SAFER-AZ) proqramı çərçivəsində təşkil olunur.
Təlimin məqsədi AzQAC-ın İlk Yardım
təlimçilərinin biliklərini, praktik bacarıqlarını, fasilitasiya imkanlarını
təzələmək və gücləndirməkdir.
İştirakçılara müraciət zamanı layihə çərçivəsində bu mövzuda bilikləri
qavrayaraq yaxın gələcəkdə bu bilik və bacarıqların digərlərinə ötürülməsi
tövsiyə olundu.
Təlimi İlk Yardım üzrə aparıcı Alena Rusinovich iştirakçılara proqram
zamanı müxtəlif amillərdən istifadə olunması, biliklərin yoxlanılması, praktiki
məşqlərdən istifadə olunması qeyd edildi.
Proqramın ilk günü təlimçilərin əvvəlcə İlk Yardım biliklərinə və dərəcədə
yiyələnmələrinə həsr olunub. İştirakçıların Əsas İlk Yardım kursu və İlk Yardım
Təlimçiləri kursu üzrə bilikləri qiymətləndirilmiş və təzələnmişdir. Növbəti
günlərdə diqqət təlimin təşkilinə və təlim metodlarına yönəldiləcək. Bu
çərçivədə aşağıdakı mövzulara baxılacaqdır:- böyüklərin öyrənmə prinsipləri;
- təlim modulunun strukturu və keçirilməsi;
- çətin iştirakçı tipləri ilə iş yanaşmaları;
- iştirakçıların qiymətləndirilməsi;
- qrupun inkişaf mərhələləri.
Təlimin əsas hissəsini praktik
məşğələlər təşkil edir. İştirakçılar Əsas İlk Yardım kursunun mövzuları üzrə master-klasslar
keçirir, simulyasiya ssenarilərini hazırlayıb təqdim edir. Onlar bir-birinin
işini də qiymətləndirir və hər gün konstruktiv rəy mübadiləsi aparırlar.
Təlimdə qısa təqdimatlar, nümayişlər, kiçik qrup işi və gündəlik refleksiya da
istifadə olunur.
Sonuncu gün təlim sertifikatların təqdim edilməsi ilə
yekunlaşacaqdır.
Təlimin nəticəsi AzQAC təlimçilərinin gələcək İlk
Yardım kurslarını daha yüksək keyfiyyətlə keçirməsinə töhfə verəcəkdir. Bu isə
icmaların hadisələrə hazırlığının və dayanıqlığının artmasında mühüm rol
oynayır.