Bu günlərdə SOCAR-ın təşkilatçılığı və Azərbaycan Qızıl Aypara Cəmiyyətinin Pirallahı rayon bölməsinin iştirakı ilə, “Azneft” İstehsalat Birliyinin “Abşeronneft” Neft və Qaz Çıxarma İdarəsinin istismardan çıxarılmış Neftin kompleks hazırlanması və nəqli sahəsində fövqəladə halların nəticələrinin aradan qaldırılması üzrə genişmiqyaslı mülki müdafiə təlim-məşqi keçirilib.
Təlimdə Fövqəladə Hallar Nazirliyinin müvafiq qurumları, “Security Operation Services” MMC, Təcili Tibbi Yardım briqadası, Azərbaycan Qızıl Aypara Cəmiyyətinin Pirallahı Rayon Bölməsinin və Pirallahı Gənclər evinin könüllüləri iştirak ediblər.
Ümumilikdə 160 nəfər şəxsi heyətin və 19 xüsusi texnikanın cəlb olunduğu məşq zamanı kəşfiyyat, təxliyə, yanğınsöndürmə və ilkin tibbi yardımın göstərilməsi üzrə tapşırıqlar icra olunub.
Təlimin keçirilməsində əsas məqsəd fövqəladə hallar zamanı müvafiq qurumların koordinasiyalı fəaliyyətinin təkmilləşdirilməsi, çevik müdaxilə imkanlarının artırılması və təhlükəsizlik bacarıqlarının möhkəmləndirilməsi olub.
AzQAC Pirallahı RB-nin könüllülərinin bu cür təlimlərdə iştirakı onların məsuliyyət, operativlik və komanda işi bacarıqlarının inkişafına, eyni zamanda, fövqəladə hallarda humanitar dəstək göstərilməsi istiqamətində təcrübə qazanmalarına töhfə verir.