2026-cı il oktyabrın 23-də Azərbaycan Qızıl Aypara Cəmiyyətinin prezidenti, Milli Məclisin deputatı Novruz Aslanov İsmayıllı şəhərində növbəti dəfə vətəndaşları qəbul edib.
Görüş rayonun Hacıhətəmli kəndində keçirilib. Millət vəkili qəbul zamanı sakinlər tərəfindən qaldırılan sosial yönümlü məsələləri və şəxsi müraciətləri qeydə alaraq onların həlli məqsədilə müvafiq addımların atılacağını bildirib.