2026 -cı il oktyabrın 22-də Abşeron-Xızı Regional Gənclər və İdman İdarəsi və Azərbaycan Qızıl Aypara Cəmiyyətinin Sumqayıt şəhər bölməsinin birgə təşkilatçılığı ilə Ceyranbatan Peşə Liseyində tələbələrə "Təhlükə Anı "adlı praktiki təlim təşkil olunmuşdur.
Təlimin əsas məqsədi gənclərin ilk yardım
bacarıqlarının artırılması, təhlükəli vəziyyətlərdə düzgün və operativ davranış
qaydalarının aşılanmasının təbliği idi.
Bu cür maarifləndirici təlimlər gənclərin fövqəladə
hallara hazırlıqlı olmasına, hadisə zamanı düzgün qərarlar qəbul verməsinə və
insan həyatının xilas edilməsində operativ fəaliyyətə mühüm töhfə verir.
Azərbaycan Qızıl Aypara Cəmiyyətinin Sumqayıt şəhər
bölməsinin Fövqəladə Mobil Könüllü Dəstəsinin üzvləri tərəfindən huşsuz vəziyyətdə
nəfəs alan zərərçəkənə yardım və bərpa vəziyyəti, eyni zamanda tənəffüs
yollarının tutulması, qanaxmalar, sınıqlar, yaralar və yanıqlar üzrə ətraflı məlumatlar
verilmiş və praktik nümunələr göstərilmişdir.
İnteraktiv formada keçən təlim gənclər tərəfindən
böyük maraqla qarşılanmışdır.
Tədbirin sonunda AzQAC Sumqayıt şəhər bölməsinin əməkdaşları
və könüllüləri Təşəkkürnamə ilə təltif olunmuşlar.