Regional Humanitar Diplomatiya Forumu

Əsas səhifə / XƏBƏRLƏR / Regional Humanitar Diplomatiya Forumu

2026-cı il oktyabrın 21–22-də Macarıstanın Budapeşt şəhərində Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətləri Federasiyasının (BQXQAF) Avropa Regional Ofisi və Macarıstan Qızıl Xaç Cəmiyyətinin birgə təşkilatçılığı ilə Regional Humanitar Diplomatiya Forumu keçirilib. Forumda humanitar diplomatiya sahəsində ortaq yanaşmaların inkişaf etdirilməsi, Milli Cəmiyyətlər arasında əməkdaşlığın gücləndirilməsi, təcrübə mübadiləsi və dövlət qurumları ilə dialoqun genişləndirilməsi məsələləri müzakirə olunub.

Forumda Azərbaycan Qızıl Aypara Cəmiyyətini (AzQAC) İcraçı katib Ceyhun Mirzəyev təmsil edib.

Çıxışlar zamanı AzQAC-ın humanitar diplomatiya sahəsində fəaliyyəti vurğulanıb, Cəmiyyətin prezidenti Novruz Aslanovun bu mövzuda yazdığı kitab humanitar hərəkata mühüm töhfə kimi qiymətləndirilib. Tədbir çərçivəsində Türkiyə, Özbəkistan, Rusiya, Ukrayna, Tacikistan, Qazaxıstan və Qırğızıstan Milli Cəmiyyətlərinin nümayəndələri ilə müzakirələr aparılıb. Ukrayna Qızıl Xaç Cəmiyyətinin nümayəndələri ilə görüş zamanı isə 44 günlük Vətən müharibəsi dövründə AzQAC-ın fəaliyyəti ilə bağlı təcrübələ mübadiləsi aparılıb.