2026-cı il oktyabrın 29-da Azərbaycan Qızıl Aypara Cəmiyyəti (AzQAC) və Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətləri Beynəlxalq Federasiyasının (Beynəlxalq Federasiya) birgə həyata keçirdiyi və Avropa İttifaqı tərəfindən maliyyələşdirilən “SAFER-AZ proqramı: Azərbaycanda təhlükəsiz və dayanıqlı icmalar – Proqnozlaşdırma, Erkən fəaliyyət və Dayanıqlılığın gücləndirilməsi” çərçivəsində Siyəzən rayonunun Həmyə kəndinə səfər təşkil olunub. Səfər zamanı kənd icra nümayəndəsi və icma təmsilçisi ilə görüş keçirilib. Heyətə AzQAC Baş Qərargahın və IFRC nümayəndələri ilə yanaşı AzQAC-ın yerli bölmə sədri və könüllülər də qatılıb.
Görüşün
əvvəlində səfərin məqsədi izah edilib və proqramın əsas hədəfləri vurğulanıb. Qeyd olunub
ki, proqram AzQAC və Beynəlxalq Federasiya tərəfindən birgə icra edilir və məqsədi icmaların təbii fəlakətlərə, risklərə qarşı
davamlılığını,
dayanıqlığını və hazırlığını artırmaqdır.
Siyəzən
rayonunun seçilməsi Fövqəladə Hallar Nazirliyinin (FHN) tövsiyəsinə əsaslanır,
çünki bu bölgə tez-tez sel,
daşqın təhlükəsi ilə üzləşir.
Görüş zamanı məlumat
üçün bu zamana qədər layihə çərçivəsində atılan addımlar qeyd edilib:- Fövqəladə
Hallar Nazirliyi ilə görüşlər,
- Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə
görüşlər,
- Siyəzən rayon icra hakimiyyəti ilə görüşlər,
- Təlimlərin təşkil
olunması
Deyilənlərə
əsasən heyət tərəfindən icra nümayəndəliyinə icma əsaslı qrupların yaradılmasına dəstək olunması barədə müraciət edilib. Bu çərçivədə aşağıdakı məsələlərin birgə müzakirə edilməsi təklif olunub:- icma
üzvləri ilə görüşlərin təşkili və onların qarşılaşdığı problemlərin
müzakirəsi,
- risklərin qiymətləndirilməsi yolları,
- fəlakətlərə hazırlıq tədbirləri,
- erkən xəbərdarlıq sistemi,
- icmanın texniki ehtiyacları,
- bu prosesdə icma üzvlərinin öz rolunu necə
gördüyü.
Görüşdə xüsusi vurğulanıb ki, yaradılacaq qrupların fəaliyyəti və əhatə
dairəsi gender baxımından məhdudlaşdırılmır. Bütün yaş və cins qruplarının
nümayəndələri qrupa qoşula bilər. Əsas məqsəd insanların məlumatlı və
hazırlıqlı olması, eləcə də sonrakı addımları düzgün planlaşdırılmasıdır.
Kənd icra nümayəndəsi tərəfindən məsələyə böyük maraq və diqqət bildirib və lazımi dəstəyin göstəriləcəyi qeyd olunub. Söhbət zamanı Siyəzənin Həmyə kəndində baş vermiş son sel hadisəsi misal olaraq çəkilıb. Bildirilib ki, vəziyyəti aradan qaldırmaq üçün FHN ilə birgə səylər göstərilmişdir, amma eyni zamanda belə bir hadisələrə daha yüksək hazırlıqlı olması çox önəmlidir. Təcrübə göstərir ki, insanların əvvəlcədən hazırlıqlı və düzgün məlumatlandırılmış olmaq fəlakətlərin fəsadlarının azaldılmasına və yüngülləşdirilməsinə müsbət şərait yaradır.
Bu görüş Həmyə kəndində dayanıqlı icmanın qurulması yolunda ilk addım oldu. Birgə səylərlə hər bir insanın məlumatlı və hazırlıqlı olduğu təqdirdə, təhlükə qarşısında təşəbbüsü öz əlinə götürə bilən bir icma formalaşdırmaq mümkündür. Fəlakətin qarşısını həmişə almaq mümkün olmasa da, ona hazır olmaq olar və Qızıl Aypara Cəmiyyəti, Beynəlxalq Federasiya belə vəziyyətlərdə öz dəstəyini göstərməyə həmişə hazırdır.