İlk Yardım təlimi

Əsas səhifə / XƏBƏRLƏR / İlk Yardım təlimi

2026-cı il oktyabrın 28-də Azərbaycan Qızıl Aypara Cəmiyyətinin (AzQAC) Sumqayıt şəhər bölməsi, 1 saylı Sumqayıt regional “ASAN xidmət” mərkəzi, və Gənclərin İnkişaf və Karyera Mərkəzinin Abşeron-Xızı nümayəndəliyinin birgə təşkilatçılığı ilə İlk Yardım təlimi keçirilib.


AzQAC Sumqayıt şəhər bölməsinin Fövqəladə Mobil Könüllü Dəstəsinin (FMKD) üzvləri tərəfindən iştirakçılara ilk yardımın əhəmiyyəti, fövqəladə hallar zamanı düzgün davranış qaydaları və zərərçəkənlərə ilkin müdaxilə üsulları barədə məlumat verilib. İnteraktiv və praktiki formatda keçirilən təlim iştirakçıların biliklərinin artırılmasına və operativ qərarvermə bacarıqlarının inkişafına xidmət edib.