Azərbaycan Qızıl Aypara Cəmiyyətində görüş

Əsas səhifə / XƏBƏRLƏR / Azərbaycan Qızıl Aypara Cəmiyyətində görüş

29 oktyabr 2026-cı il tarixində Azərbaycan Qızıl Aypara Cəmiyyətinin prezidenti Novruz Aslanov Türkiyə Respublikasının Cümhuriyyət Bayramı münasibətilə keçirilən tədbirlərdə iştirak edib.
30 oktyabr tarixində Türk Kızılayın yeni inzibati mərkəzində təşkil olunan görüşdə qurumun prezidenti Prof. Dr. Fatma Meriç Yılmaz Türk Dövlətlərinin Milli Cəmiyyətlərinin nümayəndə heyətlərini qarşılayaraq onları yeni mərkəzlə tanış edib və təşkilatın fəaliyyəti barədə ətraflı məlumat verib.
Daha sonra keçirilən Prezidentlər Şurasının iclasında Novruz Aslanov Azərbaycan Qızıl Aypara Cəmiyyətinin Türk Qırmızı Şəbəkəsinə sədrliyi dövründə həyata keçirilən fəaliyyətlər barədə məlumat verib, gələcək əməkdaşlığa dair fikirlərini bölüşərək Türkiyə tərəfinə yeni sədrliyi dövründə uğurlar arzulayıb.
İclas çərçivəsində Azərbaycan Qızıl Aypara Cəmiyyətinin nümayəndələri Ceyhun Mirzəyev və Fatimə Cəfərzadə tərəfindən təqdimat keçirilib, Gənclər Şəbəkəsinin birillik fəaliyyəti və əldə olunan nəticələr iştirakçılara təqdim olunub.
Tədbirin sonunda Ankara Bəyannaməsi imzalanıb. Həmçinin Azərbaycan Qızıl Aypara Cəmiyyəti tərəfindən iştirakçı Milli Cəmiyyətlərə xatirə hədiyyələri təqdim edilib.