Azərbaycan Qızıl Aypara Cəmiyyətinin (AzQAC) Xocavənd Rayon Bölməsi 8 noyabr – Zəfər Günü ilə əlaqədar Vətən müharibəsi şəhidlərinin xatirəsini ehtiramla yad edib. Tədbir çərçivəsində şəhidlərimizin abidəsi ziyarət olunub, önünə əklil qoyularaq əziz xatirələrinə dərin ehtiram nümayiş etdirilib. Qəhrəman Vətən övladlarının xalqımızın tarixindəki misilsiz xidmətləri bir daha rəğbətlə anılıb. Şəhidlərimizin ruhu qarşısında baş əyirik!