Masallıda tibbi-humanitar aksiya

Əsas səhifə / XƏBƏRLƏR / Masallıda tibbi-humanitar aksiya

Uşaq hüquqlarının səmərəli müdafiəsi və təşviqinə nail olmaq məqsədilə hər il ölkədə 20 oktyabr - 20 noyabr tarixləri “Uşaq Hüquqları Aylığı” elan edilir. Bu baxımdan, Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) bütün aidiyyəti qurumlarını “Uşaq Hüquqları Aylığı”na qoşularaq, uşaq hüquqlarının müxtəlif aspektləri üzrə araşdırmaların aparılmasına, maarifləndirmə, təşviqat və digər tədbirlərin keçirilməsinə çağırışla müraciət etmişdir.


       2026-cı il noyabrın 7-də Masallı rayonunda “İNTEGRO CENTER” psixoloji nitq və inkişaf Mərkəzində AzQAC-ın  “İcmaya əsaslanan sağlamlıq” proqramı çərçivəsində Azərbaycanda “Uşaq hüquqları aylığı” çərçivəsində "Hər bir uşağın sağlam olmaq hüququ var!" şüarı ilə könüllü sağlamlıq işçiləri tərəfindən tibbi-humanitar aksiya həyata keçirildi.


      Aksiyada sağlam və  inkişaf çətinlikləri olan 30 uşaq müayinə olundu.