AzQAC-ın prezidenti növbəti görüşünü keçirib

Əsas səhifə / XƏBƏRLƏR / AzQAC-ın prezidenti növbəti görüşünü keçirib

2026-cı il oktyabrın 23-də Azərbaycan Qızıl Aypara Cəmiyyətinin prezidenti, Milli Məclisin deputatı Novruz Aslanov İsmayıllı şəhərində  növbəti dəfə vətəndaşları qəbul edib.

Görüş rayonun İsmayıllı şəhərində   keçirilib. Millət vəkili qəbul zamanı sakinlər tərəfindən qaldırılan sosial yönümlü məsələləri və şəxsi müraciətləri qeydə alaraq onların həlli məqsədilə müvafiq addımların atılacağını bildirib.

Millət vəkili həmçinin görüşdə iştirak edən şair-publisist, ədəbi-ictimai xadim, “İsmayıllı Xəbərləri” qəzetinin baş redaktoru Şahməmməd Dağlaroğlunu 70 illik yubileyi münasibətilə təbrik edib. Yubilyara hədiyyə təqdim olunub.