Gənclər və Könüllülər Şəbəkəsi: Birlik, əməkdaşlıq və gələcəyə doğru yeni addımlar

Əsas səhifə / XƏBƏRLƏR / Gənclər və Könüllülər Şəbəkəsi: Birlik, əməkdaşlıq və gələcəyə doğru yeni addımlar

2026-cı il noyarbrın 20-də Azərbaycan Qızıl Aypara Cəmiyyətinin gənclər və könüllülük fəaliyyətinin inkişafı, gənclərin humanitar fəaliyyətlərə cəlb olunması və onların təşəbbüslərinin dəstəklənməsi istiqamətində həyata keçirilən işlər davam etdirilir.
Xatırladaq ki, daha əvvəl Türk dilli Ölkələrin Qırmızı Körpü adlanan sammitində imzalanmış əməkdaşlıq sənədlərindən biri də könüllülərin Azərbaycan Qızıl Aypara Cəmiyyətinin fəaliyyətlərində fəal iştirakının təşviq edilməsi, onların potensialından səmərəli istifadə olunması və humanitar təşəbbüslərin birgə həyata keçirilməsini nəzərdə tuturdu.
Bu əməkdaşlığın davamı olaraq, Cəmiyyətin Gənclər və Könüllülər Şəbəkəsi vasitəsilə gənclərin humanitar fəaliyyətlərə cəlb edilməsi, onların bilik və bacarıqlarının inkişaf etdirilməsi, eləcə də müxtəlif sosial və könüllülük layihələrinin həyata keçirilməsi istiqamətində mühüm addımlar atılmışdır.
Bu günlərdə sözügedən şəbəkənin yaradılması və fəaliyyətə başlanılmasının ildönümü münasibətilə gənc könüllülər iştirakı ilə səmimi görüş təşkil olunmuşdur. Görüş zamanı könüllülər bir araya gələrək ötən dövr ərzində görülmüş işləri dəyərləndirmiş, əldə olunan nailiyyətləri bölüşmüş və qarşıdakı dövr üçün yeni fəaliyyət istiqamətləri, təşəbbüslər və layihələr ətrafında fikir mübadiləsi aparmışlar.
Tədbirin əsas məqsədi yalnız görülmüş işləri qeyd etmək deyil, həm də gənc könüllülər arasında komanda ruhunu, birlik və həmrəylik dəyərlərini daha da gücləndirmək, onların gələcək fəaliyyətlərə motivasiyasını artırmaq olmuşdur.
Görüşün sonunda fəallığı, təşəbbüskarlığı və Cəmiyyətin fəaliyyətlərində göstərdikləri xüsusi dəstəyə görə seçilən gənc könüllülər təşəkkürnamələr və hədiyyələrlə mükafatlandırılmışlar.
İnanırıq ki, gənclərin enerjisi, həvəsi və humanitar dəyərlərə bağlılığı Azərbaycan Qızıl Aypara Cəmiyyətinin fəaliyyətinə bundan sonra da mühüm töhfələr verəcəkdir.
Çünki könüllülük sadəcə fəaliyyət deyil, həmrəylik, mərhəmət və insanlığa xidmət missiyasıdır!