2026-cı il noyabrın 21-də Dünya
Biznes Mərkəzində Azərbaycan Qızıl Aypara Cəmiyyətinin Sağlamlıq və qayğı şöbəsinin
təşkilatçılığı, “Sağlamlığa xidmət” İctimai Birliyinin tərəfdaşlığı və dəstəyi ilə Azərbaycan
Milli QHT Forumunun akt zalında sağlam
yaşlanma mövzusunda maarifləndirici tədbir keçirilib. Tədbirə
“Qadın İnkişaf Mərkəzi” İB üzvləri olan ahıl qadınlar cəlb olunmuşlar.
Tədbirin əsas məqsədi ahıl nəslə
göstərilən diqqət və qayğının artırılması, sağlam və fəal yaşlanmanın təşviqi,
eləcə də nəsillərarası hörmət və sosial həmrəyliyin gücləndirilməsi idi.
AzQAC-ın “İcmaya əsaslanan Sağlamlıq”
proqramlarının mütəxəssisi
Mətanət Qaraxanova tərəfindən iştirakçılara Ümumdünya Səhiyyə Təşkilatının
və Azərbaycanda sağlam yaşlanma sahəsində həyata keçirilən fəaliyyətlərə
dair məlumatlar təqdim
edilmişdir.
Tədbirin interaktiv hissəsində iştirakçılar
“Sizin üçün sağlam yaşlanma...” mövzusunda fikirlərini bölüşüb, ahılların
sağlamlığının qorunması və müsbət həyat təcrübələri
ətrafında səmimi müzakirələr aparmışlar.
Sonda
iştirakçılar sağlam
yaşlanmanın təşviqinə, ahıl insanların həyat keyfiyyətinin yüksəldilməsinə və
onların sosial rifahının dəstəklənməsinə yönəlmiş belə tədbirlərin
keçirilməsindən məmnunluq
duyduqlarını ifadə etmişlər. AzQAC-n Sağlam yaşlanma
mövzusunda tədbirlərin gələcəkdə də davam etdirilməsi nəzərdə tutulur.
Tədbirin interaktiv hissəsində iştirakçılar
“Sizin üçün sağlam yaşlanma...” mövzusunda fikirlərini bölüşüb, ahılların
sağlamlığının qorunması və müsbət həyat təcrübələri
ətrafında səmimi müzakirələr aparmışlar.