2026-cı ilin noyabrın 20-də Azərbaycan Qızıl Aypara Cəmiyyətinin
nümayəndələri Cəbrayıl rayonunun Şükürbəyli kəndində şəhid Kazımov Vahabın
anası Şəfiqə xanımı ziyarət ediblər.
Xəstəxanadan evə buraxılan Şəfiqə xanımın səhhəti ilə
maraqlanan nümayəndələr ona tezliklə tam sağalmağı arzulayıb, mənəvi dəstəklərini
ifadə ediblər.
Ziyarət çərçivəsində Şəfiqə xanıma humanitar yardım
bağlamaları da təqdim olunub.
Azərbaycan Qızıl Aypara Cəmiyyəti şəhid ailələrinə diqqət və
qayğının göstərilməsini, onların sosial və mənəvi dəstəklənməsini öz fəaliyyətinin
əsas istiqamətlərindən biri kimi daim diqqətdə saxlayır.